Masallıda əməliyyat, saxlanılanlar var 

11:14 08.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.